Heqiqet.Az » hadise » Mingəçevirdə xəsarət alan şəxsin xəstəxanada ölməsi faktı üzrə cinayət işi başlanıb


Mingəçevirdə xəsarət alan şəxsin xəstəxanada ölməsi faktı üzrə cinayət işi başlanıb

16-12-2024, 11:46
Çap et
Dekabrın 16-sı Mingəçevir şəhəri ərazisində 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənlinin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Mingəçevir Şəhər Prokurorluğundan bildirilib ki, araşdırmalarla 1990-cı il təvəllüdlü Elvin Rüstəmovun dekabrın 15-i şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Elvin Rüstəmov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Reytinq: