Həştərxan vilayətində 19 Azərbaycan şirkəti qeydə alınıb16-12-2024, 11:48
Çap et Həştərxan vilayətinin xarici əlaqələr naziri Vladimir Qolovkovun məlumatına əsasən xəbər verilir ki, hazırda həmin proqram icra olunur. İqtisadi-ticarət əlaqələrinə toxunan nazir vurğuladı ki, Həştərxan vilayətindən Azərbaycana əsasən balıq və balıq məhsulları, gəmi tikintisi üçün materiallar, duz, mebel, elektrik cihazlar ixrac edilir. Azərbaycandan isə Həştərxan vilayətinə müxtəlif təyinatlı borular, meyvə-tərəvəz, elektrik avadanlıqları idxal edilir. 2023-2024-cü illər ərzində Həştərxan vilayətinin sahibkarları Azərbaycanın müvafiq qurumları ilə 670 min dollar dəyərində 10 müqavilə imzalayıblar. Bu müqavilələrə əsasən Azərbaycana balıqçılıq təsərrüfatı və qida sənayesi məhsulları ixrac olunub. Həştərxan vilayətində Azərbaycana məxsus 19 şirkət qeydə alınıb. Bu şirkətlər topdan ticarət, nəqliyyat, gəmi qayırma, sahələrində fəaliyyət göstərirlər. Həm yerli, həm də regiona sərmayə yatıran Azərbaycan sahibkarları Həştərxanda fəaliyyət göstərən Azərbaycan Biznes Mərkəzi ilə yaxından əməkdaşlıq edir, burada müxtəlif sərgilər, görüşlər, forumlar və başqa tədbirlər keçirərək fəaliyyət dairələrini daha da genişləndirirlər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
