Heqiqet.Az » siyaset » Birləşmiş Millətlər Təşkilatı islahatlar ərəfəsində


Birləşmiş Millətlər Təşkilatı islahatlar ərəfəsində

3-03-2025, 10:09
Çap et
İkinci Dünya müharibəsindən sonra, 26 oktyabr 1945-ci ildə dünyanın 50 ən güclü dövlətləri tərəfindən insan hüquq və azadlıqlarının müdaxiləsi, dövlətlərarası münasibətlərin tənzimlənməsi, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, davamlı inkişafın dəstəklənməsi, mədəni irsin qorunması, habelə, demək olar ki, beynəlxalq həyatın bütün sahələri üçün məsul orqan Birləşmiş Millətlər Təşkilatı yaradılmışdır. Bu dövlətlərüstü quruma BMT-nin nizamnaməsini qəbul etmiş 193 dövlət daxildir. BMT dünya ərazisinin 80 faizinə nəzarət etmək mandatına malikdir. Azərbaycan Respublikası 02 mart 1992-ci ildən BMT-nin üzvüdür. Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsini tənzimləmək üçün BMT 24 mart 1992-ci ildə ATƏT-ə mandat verir və 3 həmsədir dövlət, 8 digər dövlətdən ibarət MİNSK qrupu yaradılır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə BMT-nin Təhlükəsizlik Şurası:
30 aprel 1993-cü ildə 822 nömrəli,
29 iyul 1993-cü ildə 853 nömrəli,
14 oktyabr 1993-cü ildə 874 nömrəli,
12 noyabr 1993-cü ildə 884 nömrəli
qərar-qətnamə qəbul etmişdir. Qərarda, Ermənistan Silahlı Qüvvəllərinin işğal etdiyi ərazilərdən qoşunlarını qeyd-şərtsiz çıxarılması göstərilir. 30 ilə yaxın müddət ərzində bu qətnamələr həyata keçirilməmişdir. Həmçinin ATƏT-in Minsk Qrupu üç təklif verməklə kifayətlənmiş, bunların da birinci və ikinci Ermənistan tərəfindən qəbul olunmamış, üçüncü təklif isə, yəni indiyə qədərki dünya praktikasında mövcud olmamış “ümumi dövlət təklifi” Azərbaycan dövləti tərəfindən rədd edilmişdir.
BMT-nin qətnamələri Azərbaycan dövləti tərəfindən 44 günlük Vətən müharibəsi ilə Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə həyata keçirilmişdir. 2011-ci ildə Azərbaycan Respublikası BMT-nin Təhlükəsizlik Şurasına namizədliyini irəli sürmüş və Baş Asambleyada 155 səs çoxluğu ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. İki il Azərbaycan Respublikası BMT-nin Təhlükəsizlik Şurasına sədirlik etmiş, 13 açıq, 16 qapalı iclas keçirmiş, 3 qətnamə, mətbuat üçün 7 bəyanat qəbul etmişdir.
Müasir dövr, 4-cü sənaye inqilabı dövrü, eyni zamanda qlobal güc mərkəzlərinin şiddətli gözəgörünən və gözəgörünməz mövqe mübarizəsi ilə xarakterizə olunur.
24 fevral 2022-ci ildə başlamış Rusiya-Ukrayna müharibəsi hal-hazırda davam etməkdədir. Müharibənin böyüyüb qonşu regionlara keçməsi ehtimalı var. 1947-ci ildən başlamış İsrail-Fələstin münaqişəsi hələ də öz həllini tapmayıb. Dünyada onlarla münaqişə ocağı mövcuddur və bunlar hər an alovlana bilər. Beynəlxalq sülhü və təhlükəsizliyi təmin etmək funksiyası olan BMT müharibə və münaqişələri həll etmək iqtidarında deyil, bu da öz növbəsində islahatların aparılmasını labüd edir.
Tarixi keçmiş, müasir dövrün reallıqları, hal-hazırki dünya düzəmində yeri, ərazi böyüklüyü, əhali sayı, kontinentallıq, dini mənsubiyyət, çox sivilizasiyalılıq, gələcək perspektivlik əsas meyarlar kimi götürülərək Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı atırılmaqla yenidən seçilməlidir. Nəzərə alsaq ki, dünyanın bir nömrəli güc mərkəzi hesab olunan ABŞ, onun yeni administrasiyası bu beynəlxalq qurumdan çıxmaq qərarını qəbul etmək üzrədir. Onda məsələnin son dərəcə aktual olması gerçəkləşir.
Görünür ABŞ-nın yeni administrasiyası hərb və sülh məsələlərinə təkbaşına qərar verməyi kollegiyalıqdan daha üstün hesab edir. Bu da beynəlxalq hüquqla ziddiyyət təşkil edir.
Etno-mədəni müxtəliflik, sivilizasiya müxtəlifliyi, topografik yerləşmə, dini müxtəliflik, əhali sayı əsas götürülərək, beynəlxalq sülhü və təhlükəsizliyi tamamilə qeyd-şərtsiz təmin etmək üçün ədalət prinsipini əsas götürərək BMT-nin daimi üzvlərinin sayı 15-ə çatdırılmalı, veto hüququ ləğv edilməli, beynəlxalq sülh və təhlükəsizlik naminə tərəfdaşlıq məqsədi ilə hər hansı hərbi blok ilə müqavilə bağlanmalı və ya bu hərbi kontingent BMT nəzdnində formalaşmalıdır. Birləşmiş Millətlər Təşkilatının daimi üzvlərini bu tərkibdə görürük:
1. ABŞ
2. Çin Xalq Respublikası
3. Rusiya Federasiyası
4. Böyük Britaniya Krallığı
5. Fransa Respublikası
6. Alman Federativ Respublikası
7. Türkiyə Respublikası
8. Pakistan İslam Respublikası
9. Hindistan Respublikası
10. Braziliya Federativ Respublikası
11. Səudiyyə Ərəbistanı Krallığı
12. Misir Respublikası
13. Nigeriya Federativ Respublikası
14. Azərbaycan Respublikası
15. Avstraliya İttifaqı
Birləşmiş Millətlər Təşkilatı islahatlar ərəfəsində
Əliyev Məsum Kamal oğlu
Kürdəmir rayonu Karlar Ailə sağlamlıq mərkəzinin bölmə müdiri

1 mart 2025-ci il
Reytinq: