Heqiqet.Az » sosial » Ağacan Abıyev - deputatlığa layiq namizəd


Ağacan Abıyev - deputatlığa layiq namizəd

20-10-2015, 17:38
Çap et
Ağacan Abıyev - deputatlığa layiq namizəd Azərbaycan xalqı qarşıdan gələn parlament seçkilərinə böyük ümidlərlə hazırlaşır. Elin gözü tərəzidir. Xalq özünün ən layiqli, möhtərəm elçisini bu ali mərtəbəyə qaldıracaqdır. Elə bu ali məqama yüksəlməyə layiq olanlardan biri də Azərbaycanm sülhsevər oğlu Ağacan Abıyevdir.

Ağacan müəllimin qısa tərcümeyi-halı ilə tanış olaq:
Ağacan Abıyev 1937-ci il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1960-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu, 1961-ci ildə Azərbaycan Politexnik İnstitutunun Avtomatika və hesablayıcı texnik fakültəsinə daxil olub. Əlaçılığına görə tələbəlik illərində keçmiş SSRİ-də böyük nüfuz rəmzi sayılan Lenin təqaüdünə layiq görülüb. 1967-70-ci illərdə Moskvada aspiranturada təhsilini davam etdirmiş və 1970-ci ildə dissertasiya müdafiə edərək, texniki elmlər namizədi alimlik dərəcəsi almışdır. 1971-83-cü illərdə Rusiya Lipetsk Politexnik İnstitutunun "Avtomatika və sənaye elektronika" kafedrasmda işləmiş, 1973-cü ildən həmin kafedraya rəhbərlik etmişdir. 1983-cü ildə Bakıya qayıdaraq, əvvəlcə İnşaat Mühəndisləri İnstitutunda "Elektrotexnika və elektronika" kafedrasmın müdiri, 1987-ci ildə isə seçki yolu ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunun rektoru seçil-mişdir.
A.Q.Abıyev 140-dən çox elmi əsərin, 3 monoqrafiyanm, 15 tədris vəsaitinin və 4 ixtiranm müəllifidir. Elektron hakimlik sisteminin ilk yaradıcılarındandır.
1953-cü ildən boksla məşğul olmuş, 6 dəfə Azərbaycan çempionu, 1957-ci ildə Zaqafqaziya və Moldaviya respublikaları spartakiadasının qalibi adını qazanaraq, SSRİ idman ustası normasını yerinə yetirmişdir. 1960-62-ci illərdə Ümumittifaq Həmkarlar İttiffaqları birinciliyinin gümüş mükafatçısı olmuşdur. 1964-cü ildə Ağacan Abıyevə SSRİ fəxri idman ustası adı verilmişdir. "Neftçi" idman cəmiyyətində məşqçilik fəaliyyəti ilə məşğul oduğu müddət ərzində onlarla yüksək səviyyəli idmançı və idman ustaları hazırlamışdır.
1982-ci ildən bu günədək boks üzrə beynəlxalq dərəcəli (AİBA) hakimidir. Bir neçə Avropa və dünya çempionatlarında müvəffəqiyyətlə hakimlik etmişdir.
Yüksək idman nailiyyətlərinə görə professor Ağacan Qulam oğlu Abıyev SSRİ fəxri idman ustası və Əməkdar idman xadimi adına layiq görülmüşdür. Ağacan Abıyev - deputatlığa layiq namizəd Hazırda Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibidir.
Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeninə layiq görülüb.
2002-ci ildə Avropa Boks Federasiyasının vitse-prezidenti, hakimlər komissiyasının sədri seçilmişdir. Bundan başqa Ağacan müəllim həm də Beynəlxalq Boks Federasiyası İcraiyyə Komitəsinin üzvü, hakimlər komissiyasının sədr müavini seçil-mişdir.
2004-cü il Afina XXVII Yay Olimpiya Oyunlarının boks üzrə baş hakimi olmuşdur.
Professor Ağacan Abıyev yorulmaz fəaliyyəti ilə dövlətimizin suverenliyinə, müstəqilliyimizin möhkəmlənməsinə töhfələrini verən şəxslərdəndir. Onun rəhbərlik etdiyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ölkənin ali təhsil müəssisələri arasında özünün təmizliyi, şəfaflığı ilə seçilir. O, daimi əhalinin, millətimizin fiziki sağlamlığı haqqında düşünmüş, bu gün də düşünür.
Azərbaycan idmanının yüksəliş mərhələsində olduğu bugünkü dövrdə əldə olunan uğurlu nəticələrdə Ağacan Abıyevin özünəməxsus rolu var.
Ağacan müəllim həmçinin Azərbaycanın böyük oğlu, ümummilli lider, mərhum prezidentimiz Heydər Əliyevin ənənələrinə sadiq qalan və İlham Əliyev cənablarının siyasətini dəstəkləyən sədaqətli YAP-çıdır. Elə bu keyfiyyətlərinə görə də o, özünə böyük nüfuz qazanmışdır.
Ağacan Abıyev yüksək intellektli, praqmatik düşüncəli, öz işini gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Belə bir şəxsiyyətin Azərbaycan Milli Məclisə namizədliyinin irəli sürülməsini dünyanın sabitlik, demokratiya, sülh, rifah, inteqra-siya şəraitində yaşamağa üstünlük verən bütün sağlam qüvvələr təbii və labüd bir hadisə kimi qarşılamışlar. İnsan ömrünün dəyəri onun necə yaşamasından, xalqı və milləti üçün faydalı iş görməsindədir. Elə buna görədir ki, hər bir insanın ömrü adları bir-birindən fərqlənən kitablara bənzəyir. Bu insanların həyat səhifələrini vərəqlədikcə görürsən ki, elə ömürlər var ki, dəyərlidir, eləsi də var ki, dəyərsiz. İnsan ömrü fəsillərə bölünür. Bəlkə də məhz bu səbəbə görə biz haçansa rastlaşdığımız, ünsiyyətdə olduğumuz çox adamı zamanın arxasından tədricən unudur, yaddan çıxarırıq. Lakin elə insanlar var ki, hələ gəncliyində qəlblərdə, şüurlarda öz əməlləri ilə dərin və silinməz izlər buraxırlar - cənab Ağacan Abıyev kimi.
Ağacan müəllim müstəsna təşkilatçılıq qabiliyyətinə, zəngin idarəetmə təcrübəsinə malik bir şəxsiyyətdir. Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, inkişafında və idman sahəsində Ağacan müəllimin göstərdiyi xidmətləri danılmazdır. Ağacan müəllim bu gün də müstəqil dövlətimizdə idmanın inkişafı, möhkəmləndirilməsi naminə öz qüvvə və bacarığını əsirgəmir.
Səmimi etiraf olunası haldır ki, Ağacan müəllim həm bir insan kimi, həm də vəzifə daşıyan bir şəxsiyyət kimi dövlətin və xalqın mənafeyi naminə həyat sürüb. Onun əməli fəaliyyəti ictimaiyyətin gözü qarşısındadır. Çalışdığı bütün sahələrdə gördüyü işlər daim izlənilir və rəğbətlə qarşılanır. Məhz onun hərtərəfli düşünülmüş fəaliyyətinin nəticəsidir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almaq istəyən gənclərin sayı ilbəil artır.
Ağacan müəllim Azərbaycanın həm müasir, həm keçmiş dövrü rəhbər kadrlardandır. Onun fəaliyyəti, zəhməti, cəsarətli addımları sayəsində, xüsusən boks id-man aləmində çox işlər görülmüşdür. Ümidvarıq ki, Ağacan müəllim növbəti dəfə millət vəkili seçilərək titanik fəaliyyət nümayiş etdirəcəkdir.
Millət vəkili olmaq sadəcə, hansısa şərəfə malik olmaq, yaxud, hansısa bir uğurun astanasında dayanmaq, onu həyata keçirmək anlamı daşımır. Həqiqi millət vəkili olmaq istəyənlər yalnız insanların sosial həyat tərzlərini yaxşılaşdırmaq, onlara normal gün-güzəran vermək məqsədi güdürlər. Məhz Ağacan müəllim də millət vəkili olduğu ərəfələrdə hər zaman əhalinin normal həyat tərzi barədə tutarlı fikirlər səsləndirib, ehtiyacı olanlara, imkansızlara bacardığı qədər köməklik göstərib. Əl-bəttə, bu dərin etimad onun millət vəkili olmasından deyil, həqiqi insanpərvər olmasından irəli gəlib. Buna görə də Milli Məclisdə məhz Ağacan müəllim kimi insanların çox təmsil olunması daha məqsədəuyğundur.
Ağacan müəllim adi fikirlə çox böyük məqsəd hasil edən, cəmiyyəti çılğın hisslərə deyil, inkişaf yaradan amillərə istiqamətləndirmək missiyası daşıyan insanlardandır. Onun kimi şəxsiyyətlərin deputat proqramı cəmiyyətlərə daha çox nailiyyət bəxş edər. Bu səbəbdən, builki deputat seçkilərində onun yenidən millət vəkili olmasına böyük ehtiyac var.
Ağacan müəllimin ötənilki seçki missiyasına dərindən nəzərsalsaq, görərik ki, o, sözün həqiqi mənasında verdiyi vədlərə tam əməl etmiş, seçkiqabağı platformasında qeyd etdiyi bütün mümkün işlərə vüsət vermiş və Azərbaycan idmanının inkişa-fında müstəsna xidmətlər göstərmişdir. Onun təkcə boks sahəsində 60 ildə qazandığı nailiyyətlər Azərbaycan idmanının yüksək karyera qazanmasına stimul yaradır.
Ötən illərki deputat missiyası Ağacan müəllimin dövlət və dövlətçilik amallarını xüsusi görkəmdə təqdim edir. Bu illər ərzində Azərbaycan cəmiyyəti onun deputat kimi, insan kimi, şəxsiyyət kimi, nəhayət, adi bir vətəndaş kimi xidmətlərini yüksək qiymətləndirib. Bu qiymətləndirmə elə-belə, durduğu yerdən qaynaq götürməyib, xidmət görən insanlar özlərinin səmimi etiraflarını dilə gətiriblər. Demək, bizim görmədiyimiz yaxşılıqlar kimlərinsə tərəfindən unudulmur. Ağacan müəllimin etdiyi yaxşılıqlar kimi daim dilə gətirilir, dəyərləndirilir, hətta, başqalarına da nümunə göstərilir.
Yaxşılıq, xeyirxahlıq insanlığın başlıca şərtlərindəndir. Bu keyfiyyətlərin hamısını Tanrı Ağacan müəllimdə cəm edib. Demək, o, həm də Tanrıya yaxın insanlardan-dır. Belə insanların həm cəmiyyət, həm də dövlət üçün xeyirləri daha çox olur. Tək-cə ötən beş ildə deyil, əvvəlki illərdə də Azərbaycan xalqı Ağacan müəllimin döv-lətcanlı, xalqcanlı insan olduğunu yaxşı xatırlayır. Əminik ki, 2015-ci ilin 1 noyabrında keçiriləcək növbəti deputat seçkisində qədirbilən seçicilər Ağacan müəllimə inamla səs verəcək, onu yenidən millət vəkili kürsüsünə əyləşdirəcəklər.
Səs vermək seçicinin, verilən vədlərə əməl etmək isə millət vəkili olmaq istəyən şəxsin vicdan məsələləsidir. Bu mənada, inanırıq ki, bu dəfə də Ağacan müəllimlə seçici arasında qarşılıqlı anlaşma olacaq, hər iki tərəf bir-birinə inamı bir daha təsdiqləyəcək.
Son olaraq 32 saylı Suraxanı rayon III Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Ağacan müəllimə 1 noyabrda uğurlar arzulayırıq və əminliklə bildiririk ki, layiqli insan və namizəd olduğu üçün bu dəfə də millət vəkili seçiləcək.
Dəyərli Suraxanı seçicilərini xalqımızm və dövlətimizin inamlı sabahı yolunda xeyirxah addımlar atmaq naminə Ağacan müəllimə səs verməyə çağırırıq.

İlkin ƏZİZXANOĞLU
Reytinq: