İnam Kərimov: Məhkəmə sistemi yalnız hüquqi islahatlarla deyil, həm də texnoloji inkişafla güclənəcək18-06-2025, 11:54
Çap et ![]() Bu fikirləri Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransın açılış mərasimində deyib. O bildirib ki, bu imkanlar məhkəmələrin daha effektiv olmasına, hakimlərin iş yükünün azalmasına, qərarların daha çevik qəbuluna şərait yaradacaq və məhkəmə sisteminin fəaliyyətini daha da təkmilləşdirəcək: "Davamlı islahatlar, atılan addımlar vətəndaş məmnunluğunun artmasına hesablanıb. Çünki Azərbaycan Respublikasının dövlət siyasətinin mərkəzində məhz vətəndaş dayanır, yəni dövlətin bütün fəaliyyəti vətəndaşların rifahını, hüquqlarını və həyat şəraitini yaxşılaşdırmağa yönəlib. Buna görə də məhkəmələr vətəndaşların ədalət gözləntisinə cavab verməli, onların hüquqlarını tam şəkildə təmin etməli və hər bir fərdin müraciətinə həssas yanaşmalıdır. Təbii ki, bu da məhkəmə sisteminin inkişafı və təkmilləşdirilməsi ilə mümkündür". İnam Kərimov vurğulayıb ki, bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunur. Bu, hüquqi düşüncənin və konstitusiya dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. “Bu kontekstdə şanlı Zəfərimiz nəticəsində işğaldan azad edilmiş ərazilərdə dövlət təsisatlarının, o cümlədən məhkəmə sisteminin bərpası və fəaliyyətinin təşkili Azərbaycanın suveren hüquqlarının real təcəssümüdür. Hazırda Qarabağ və Şərqi Zəngəzurda məhkəmələrin fəaliyyət göstərməsi qanunçuluq və ədalət prinsiplərinin hər qarış torpağımızda bərqərar edilməsinin göstəricisidir. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, məhkəmə sistemi hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Elə bu günlərdə məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan dövlətimizin başçısı tərəfindən Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalının təsis edilməsi də bizə göstərilən yüksək etimadın bariz nümunəsidir", - deyə İnam Kərimov qeyd edib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|