Heqiqet.Az » dunya » Bəşər Əsəd həlqəni yardı, Moskvada Putinlə görüşdü


Bəşər Əsəd həlqəni yardı, Moskvada Putinlə görüşdü

21-10-2015, 17:32
Çap et
Bəşər Əsəd həlqəni yardı, Moskvada Putinlə görüşdü Suriya prezidentiBəşər Əsəd oktyabrın 20-də Rusiyaya səfər edərək prezident Vladimir Putinlə görüşüb.
Bu barədə V. Putinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb. O deyib ki, görüşdə Rusiyanın Suriyada hərbi əməliyyatlarının davam etdirilməsi məsələsi müzakirə olunub.
D. Peskov danışıqların həm dar, həm də geniş formatda aparıldığını söyləyib. Geniş formatda keçirilən görüşdə Rusiya hakimiyyətinin yüksək vəzifəli nümayəndələri iştirak edib. “Danışıqlar kifayət qədər uzun oldu, mövzu isə hamıya aydındır” , - deyə D. Peskov bildirib.
Reytinq: