» » Təhsil nazirİ əmr verdi, təşkilat komitəsi yaratdı


Təhsil nazirİ əmr verdi, təşkilat komitəsi yaratdı

21-10-2015, 21:06
Çap et
Təhsil nazirİ əmr verdi, təşkilat komitəsi yaratdı Təhsil naziri Mikayıl Cabbarov ““Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında” əmr imzalayıb.
Təhsil nazirliyinin mətbuat xidmətindən verilən məlumat görə, əmrə əsasən, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb. Həmçinin, müsabiqələrdə iştirakla bağlı Təşkilat Komitəsinə daxil olan sənədlərin müəyyən edilmiş qaydada ekspertizasını aparan işçi qrupunun tərkibi təsdiq olunub.
Təşkilat Komitəsinin sədri:

Firudin Qurbanov - Təhsil nazirinin müavini

Təşkilat Komitəsinin üzvləri:

Mətin Eynullayev - Təhsil Nazirliyi aparatının rəhbəri
Hüseyn Əliyev - Təhsil nazirinin müşaviri
Elnur Əliyev - İnformasiya şöbəsinin müdiri
Aydın Əhmədov - Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri
Fərzəli Qədirov - İnsan resursları şöbəsinin müdiri
Sübhi Kazımov - Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin müdiri
Cəsarət Valehli - Qeyri hökümət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri
Ənvər Abbasov - Təhsil Problemləri İnstitutunun direktor müavini
Bundan başqa, müsabiqələrin təşkili və keçirilməsi üzrə ümumiləşdirilmiş məlumatların, təqdimat və arayışların hazırlanması, habelə nəzərdə tutulan tədbirlərin icrası sahəsində əlaqələndiricilik funksiyasının yerinə yetirilməsi Təşkilat Komitəsinin üzvü, Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədova həvalə ediləcək.
İnformasiya şöbəsi (E.Əliyevə) bu əmrin əlavə ilə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etmək tapşırılıb.
Qeyd edək ki, Prezidenti İlham Əliyevin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 4 sentyabr 2007-ci il tarixli sərəncamının icrası ilə əlaqədar hər il keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri yaradıcı müəllimlərin və səmərəli idarəetmə fəaliyyəti ilə fərqlənən ümumtəhsil məktəblərinin aşkara çıxarılmasında mühüm rol oynayır. Müsabiqələr təhsil sahəsində sağlam rəqabəti gücləndirməklə yanaşı, tədrisin keyfiyyətinin yüksəldilməsinə də əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.
Reytinq: