44 günlük Vətən müharibəsi xalqın birliyi və liderliyin əzminin vəhdətini nümayiş etdirdi4-11-2025, 22:41
Çap et 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsi bu arzunu reallığa çevirdi. Azərbaycan Ordusu, Ali Baş Komandanın dəmir iradəsi və xalqın sarsılmaz birliyi nəticəsində düşmən diz çökdü. Bu qələbə sadəcə hərbi əməliyyatların nəticəsi deyildi — bu, əsrlərlə toplanmış milli enerjinin, dövlətçilik ruhunun və azadlıq idealının təntənəsi idi. Zəfər, Azərbaycanın müasir tarixində dövlətin gücü, xalqın birliyi və liderliyin əzminin vəhdətini nümayiş etdirdi. Bu gün Azərbaycan artıq öz suverenliyini yalnız kağız üzərində deyil, real ərazilərində tam şəkildə bərpa etmiş bir dövlətdir. Qarabağda, Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə dalğalanan üçrəngli bayraq bu həqiqətin canlı simvoludur. Bu günlərdə zəfərin silsilə tədbirlər şəklində ölkəmizdə qeyd olunması olduqca mühüm bir hadisədir, çünki bu, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu tədbirlər vasitəsilə Vətən müharibəsinin dəyərləri, qəhrəmanlıq nümunələri və milli həmrəylik prinsipləri gənc nəsillərə çatdırılır: Zəfərimizin üzərindən keçən 5 il müddətində bu tədbirlər yalnız xatirələrin yad edilməsi ilə məhdudlaşmayıb, həm də sosial və mədəni proqramlar vasitəsilə gənc nəsilin şüurunda tarixi uğurun möhkəm kök salmasına yönəldilib. Son beş ilin nəticələrinə baxdıqda, bu müddət yalnız tarixi zəfərlə bağlı deyil, həm də işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası ilə sıx bağlıdır. Qarabağ və Şərqi Zəngəzurda şəhər və qəsəbələrimizin müasir infrastruktura malik şəkildə bərpası, yolların, sosial obyektlərin və iqtisadi zonaların yaradılması ölkəmizin davamlı inkişaf strategiyasının bir hissəsidir. Bu gün xalqımızın qürur, iftixar və sevinclə qeyd etdiyi 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümüdür! Beş il öncə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 illik həsrətə son qoydu, üçrəngli bayrağımızı Qarabağın hər qarışında ucaltdı. Bu zəfər igid Vətən oğullarının qanı, canı və qəhrəmanlığı bahasına qazanılmış şanlı tariximizdir! Bu gün biz onların ruhu qarşısında baş əyir, qazilərimizə minnətdarlığımızı bildiririk. Zəfərin mübarək, Azərbaycan! Dr.Zahid Zahidov, tibb üzrə fəlsəfə doktoru Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
