Azərbaycan Prezidenti: Albaniya ilə əlaqələrə böyük əhəmiyyət veririk28-11-2025, 12:23
Çap et Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin albaniyalı həmkarı Bayram Beqaya bu ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb. Prezident İlham Əliyev, həmçinin məktubunda bildirib: “Görüşlərimizin və səfərlərimizin intensivliyi Azərbaycan-Albaniya dostluğunun səviyyəsindən, qarşılıqlı əlaqələrimizin dinamikasından xəbər verir. Cari ilin mayında “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya səfərimi ən xoş təəssüratlarla xatırlayıram”. Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Albaniya arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, bir sıra sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığın daha da dərinləşdirilməsi yolunda bundan sonra da birgə səylər göstəriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
