Azərbaycan Universitetində XII Daxili Şahmat Turniri keçirilib11-12-2025, 19:45
Çap et Azərbaycan Universitetində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş XII Daxili Şahmat Turniri keçirilib. Şahmatın blits növü üzrə keçirilən ənənəvi yarış tələbələrin asudə vaxtlarının səmərəli təşkili və şahmatın kütləviliyinin artırılması məqsədilə təşkil olunub.Bu barədə Azərbaycan Universitetindən məlumat verilib. Turnirdə iştirak edən tələbələr fərdi şəkildə mübarizə aparıblar. Universitetin baş məşqçisi Nazim Mehralıyevin hakimliyi ilə keçirilən görüşlər maraqlı mübarizə və gərgin rəqabət ilə yadda qalıb. Turnirin nəticələrinə əsasən Humanitar və sosial elmlər fakültəsinin politologiya ixtisası üzrə təhsil alan III kurs tələbəsi Üzeyir Kərimov birinci, dövlət və ictimai münasibətlər ixtisasının II kurs tələbəsi Nail Abdullayev ikinci yerdə qərarlaşıblar. İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi Ayşən Musayeva isə üçüncü yeri tutub. Qaliblər kubok və sertifikatla mükafatlandırılıblar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Azərbaycan Universitetində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş XII Daxili Şahmat Turniri keçirilib. Şahmatın blits növü üzrə keçirilən ənənəvi yarış tələbələrin asudə vaxtlarının səmərəli təşkili və şahmatın kütləviliyinin artırılması məqsədilə təşkil olunub.