Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni-yeni uğurlara imza atır23-12-2025, 23:29
Çap et Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına müraciəti zamanı demişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” Azərbaycan keçid dövrünü uğurla başa vuraraq qlobal və regional çağırışlar fonunda kəmiyyət və keyfiyyət etibarilə yeni dövrün astanasına qədəm qoyub. Bu gün ən müxtəlif iqtisadi mərkəzlərdə respublikamızın davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin yeni iqtisadi fenomenindən danışılır, “İnkişafın Azərbaycan modeli”nin mahiyyəti öyrənilməyə çalışılır. Ötən illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən, bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi liderdir. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyata qovuşmasına mütləq əminlik yaradır. Ölkə başçısı cənab İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli liderin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirərək 2020-ci ilin sentyabrın 27-də düşmənin törətdiyi növbəti təxribata cavab olaraq məhz Ali Baş Komandanın “İrəli!” əmrindən sonra Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı işğal altındakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələndi. “Dəmir yumruq” əməliyyatı kimi tarixə yazılan İkinci Qarabağ müharibəsi xalqımızın 30 illik Vətən həsrəti¬nə son qoydu. Bu gün biz artıq Böyük Qayıdış mərhələsinə qədəm qoymuşuq. Ölkə Prezidentinin qarşıya qoyduğu məqsəd və vəzifələrdən ən vacibləri sırasında vətəndaşlarımızın işğaldan azad olunmuş torpaqlara qayıdaraq rahat, əmin-amanlıq şəraitində yaşaması və bu torpaqlarda həyatın canlanması idi. İşğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyinin bərpa edilməsi, bölgənin ölkə üzrə iqtisadi fəaliyyətdə payının işğaldan öncəki vəziyyətə çatdırılması və davamlı artırılması, bölgənin ölkədə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevrilməsi, bölgədə ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə nail olunması, sərmayə cəlbediciliyinin yüksəldilməsi, zəruri stimullaşdırma yolu ilə özəl təşəbbüslərin hərtərəfli təşviqi və dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi kimi vəzifələrin artıq yüksək sürətlə rellaşdırılması artıq göz qabağındadır. 24 dekabr Ali Bas Komandanİlham Əliyevin doğum günüdür. Xalqımızın xoşbəxt gələcəyi naminə ölkə rəhbərimizi ürəkdən təbrik edir, möhkəm can sağlığı, fəaliyyətində uğurlar arzulayıram. Dilarə Cəbrayılova. 295 saylı tam orta məktəbin direktoru Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
