Heqiqet.Az » idman » Azərbaycanlı qadın futbolçulara Avropada maraq böyüyür


Azərbaycanlı qadın futbolçulara Avropada maraq böyüyür

27-01-2026, 11:55
Çap et
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin daha bir neçə üzvü karyerasını ölkə xaricində davam etdirə bilər.

Bu barədə yığmanın baş məşqçisi Siyasət Əsgərov məlumat verib.

O, yaxın günlərdə bəzi transferlərin reallaşmaq ehtimalının olduğunu söyləyib: “Amma bu barədə indidən dəqiq nəsə demək düzgün çıxmaz. Həm futbolçu, həm də klub üçün yaxşı olmaz. Çalışırıq ki, qızlarımızı Avropaya göndərək. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan millisinin müdafiəçisi Nigar Mirzəliyeva Almaniyanın “Hamburq” klubu ilə 2,5 illik müqavilə imzalayıb.
Reytinq: