Prezidentin Mətbuat Xidmətinin məlumatı5-03-2026, 21:43
Çap et Şavkat Mirziyoyev İranın pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycana qarşı törətdiyi hücumları qətiyyətlə qınayıb, Özbəkistanın Azərbaycana tam dəstəyini ifadə edərək, ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən dəstəyə görə Özbəkistan Prezidentinə təşəkkürünü bildirib. Dövlətimizin başçısı baş vermiş hadisə ilə bağlı məlumat verərək, hazırda vəziyyətin tam nəzarət altında olduğunu qeyd edib. Telefon söhbəti əsnasında Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin gələcək inkişaf perspektivləri müzakirə olunub. Hər iki dövlət başçısı Azərbaycanın və Özbəkistanın bundan sonra da daim bir-birini dəstəkləyəcəyini bir daha təsdiq ediblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
