Bəxtiyar Vahabzadənin yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib29-10-2015, 15:51
Çap et BDU-nun Mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, “Bəxtiyar Vahabzadə və Azərbaycan filologiyasının aktual problemləri” adlı konfransı açan rektor akademik Abel Məhərrəmov şairin 90 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin 14 yanvar 2015-ci il tarixli sərəncamından bəhs edib. Rektor B.Vahabzadənin Azərbaycan ədəbiyyatı tarixindəki rolundan, yaradıcılığında tarixi-mədəni dəyərlərə ehtiramından, ana dilinin saflığının qorunmasındakı xidmətlərindən bəhs edib. Tanınmış dramaturq B.Vahabzadənin ömrünün 50 ilinin Bakı Dövlət Universiteti ilə bağlı olduğunu bildirən A.Məhərrəmov universitetdə B.Vahabzadə adına təqaüdün təsis olunduğunu, adına auditoriya açıldığını da diqqətə çatdırıb. Konfransda xalq şairi B.Vahabzadənin həyat və yaradıcılığına həsr olunmuş videoçarx və “BDU Dram Klubu”un təşkilatçılığı ilə hazırlanan ədəbi-bədii kompozisiya maraqla izlənilib. Sonda xalq şairinin həyat yoldaşı Dilarə Vahabzadə çıxış edərək 90 illik yubileyin keçirilməsi ilə bağlı imzaladığı sərəncama görə Prezident İlham Əliyevə ailəsi adından minnətdarlığını bildirib, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
