Heqiqet.Az » iqtisadiyyat » Britaniya Azərbaycana 21 milyard dollardan çox investisiya qoyub


Britaniya Azərbaycana 21 milyard dollardan çox investisiya qoyub

29-10-2015, 15:55
Çap et
Britaniya Azərbaycana 21 milyard dollardan çox investisiya qoyub Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 21 milyard dolları ötüb. Bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya əməkdaşlıq forumunda deyib.
Onun sözlərinə görə, Böyük Britaniya Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların həcminə görə xarici investorlar arasında birinci yeri tutur: "Bununla yanaşı, Böyük Britaniya Azərbaycanın qeyri-neft sektoruna qoyulmuş investisiyaların həcminə görə ikinci yerdədir. Bu investisiyaların həcmi 1,3 milyard dolları ötür".
S.Babayev qeyd edib ki, iki ölkə strateji tərəfdaşdır və müxtəlif platformalarda sıx əməkdaşlıq edir: "Son vaxtlar ölkələrimiz arasında biznes-görüşlərin sayı da artıb, təkcə il yarım ərzində beş analoji görüş keçirilib".
Nazir müavini əlavə edib ki, iki ölkənin münasibətlərində təhsil sahəsində əməkdaşlıq da vacib rol oynayır: "Britaniya azərbaycanlı tələbələrin xaricdə təhsili üzrə dövlət proqramına daxil edilmiş universitetlərin sayına görə lider mövqedə qərarlaşır. Hazırda bu proqrama Britaniyanın 38 universiteti daxil edilib, bu proqram çərçivəsində Britaniyanın ali məktəblərində təhsil almış azərbaycanlı tələbələrin sayı 900 nəfəri keçib".
Reytinq: