2403 müəllimin diaqnostik qiymətləndirilməsinə start verilib30-10-2015, 09:58
Çap et Bakı şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçirilməsinə start verilib.Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 29-31 oktyabr tarixlərini əhatə edən diaqnostik qiymətləndirilməyə əvvəllər sınaq imtahanlarında iştirak etməyən və iştirak edib aşağı bal toplayan, eləcə də Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq, ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər qatılır. Ümumilikdə, qiymətləndirilmədə 2403 nəfər müəllimin iştirak etməsi nəzərdə tutulub. İştirakçıların 2003 nəfəri Azərbaycan, 400 nəfəri rus bölməsində tədris aparan müəllimlərdir. Nazirliyin məlumatına görə, kompüter vasitəsilə təşkil olunan imtahanlar zamanı müəllimlərə ixtisasları üzrə 40, təlim strategiyaları və kurikulum üzrə 20 test sualı təqdim olunur. Xatırladaq ki, hər iki blok (ixtisas, metodika) üzrə sualların ən azı 10 faizinə cavab vermiş müəllimlər diaqnostik qiymətləndirilmədən keçmiş hesab olunacaqlar. Qeyd edək ki, imtahan iştirakçılarından ibtidai sinif (860 nəfər), riyaziyyat (194 nəfər), Azərbaycan dili (181 nəfər), tarix (124 nəfər) müəllimləri sayca üstünlük təşkil edir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bakı şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçirilməsinə start verilib.