Musiqi məktəblərinə yeni direktorlar təyin edildi13-11-2015, 19:42
Çap et akı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinə və K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinə yeni direktorlar təyin edilib.Nazirlikdən verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə uyğun olaraq, Məmməd Həsən oğlu Quliyev 21 nömrəli Onbirillik Musiqi Məktəbinin, Fikrət Vəli oğlu Budaqov isə 16 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib. Bu təyinatadək M.Quliyev Azərbaycan Dövlət Konservatoriyasının professoru, F.Budaqov isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktor müavini vəzifəsində çalışıb. Yeni təyin olunan direktorların qarşısına nazirliyin rəhbərliyi tərəfindən musiqi təhsilinin daha da inkişafı, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc istedadların müəyyən edilməsi kimi vəzifələr tapşırılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

akı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinə və K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinə yeni direktorlar təyin edilib.