Heqiqet.Az » sosial » “Gender və vergi mədəniyyəti” mövzusunda təlim keçirildi


“Gender və vergi mədəniyyəti” mövzusunda təlim keçirildi

18-11-2015, 15:07
Çap et
“Gender və vergi mədəniyyəti” mövzusunda təlim keçirildi “Müasir Qadın və Cəmiyyət” İctimai Birliyi 2015-ci ilin sentyabr ayından etibarən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gender və Vergi mədəniyyəti” adlı layihənin icrasına başlamışdır. Layihə çərçivəsində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında maarifləndirici təlimlər keçirilmişdir. “Gender və vergi mədəniyyəti” layihəsi Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə Təhsil Nazirliyinin birlikdə reallaşdırdıqları “Vergi dostları” şəbəkəsinin genişlənməsinə dəstək olmağı nəzərdə tutur.
Diskussiya xarakterli tədbirlərdə yerli İcra Hakimiyyətlərinin, eyni zamanda 4 və 10 saylı Ərazi Vergilər İdarəsinin əlaqədar məsul şəxsləri də iştirak etdilər. Yüksək işgüzarlıq şəraitində keçən təlimlərdə iştirakçıları düşündürən suallar cavablandırıldı, yeni təkliflər verildi. Layihənin əsas məqsədi vergini ödəməyin hər kəsin mənəvi borcu və bu gün ödənilən vergilərin gələcəyə qoyulan sərmayə olduğunu diqqətə çatdırmaqdan, vergi mədəniyyətinin aşılanması işində qadınların rolunu artırmaqdan ibarətdir. Ünsiyyət qurmaq, səmimi münasibət yaratmaq bacarığına malik olan qadınların məsələyə məsul yanaşması, ailədə, həm uşaq və gənclər arasında, həm də qadınların iş çevrəsində vergilərin məcburi deyil, könüllü ödənilməsi, yəni vergi mədəniyyətinin aşılanması işində daha effektli nəticə verəcəyi düşünülür ki, bu da layihənin uğurlu nəticələnəcəyindən xəbər verir. Layihə əhali arasında vergi təbliğatı, vergi mədəniyyəti, vergi əxlaqının formalaşdırılmasında əsaslı rol oynayacaqdır.

“Gender və vergi mədəniyyəti” mövzusunda təlim keçirildi“Gender və vergi mədəniyyəti” mövzusunda təlim keçirildi“Gender və vergi mədəniyyəti” mövzusunda təlim keçirildi“Gender və vergi mədəniyyəti” mövzusunda təlim keçirildi“Gender və vergi mədəniyyəti” mövzusunda təlim keçirildi“Gender və vergi mədəniyyəti” mövzusunda təlim keçirildi
Reytinq: