Heqiqet.Az » sou » Azərbaycanlı müğənni: "Dünya miqyaslıyam"


Azərbaycanlı müğənni: "Dünya miqyaslıyam"

23-11-2015, 15:52
Çap et
Azərbaycanlı müğənni: "Dünya miqyaslıyam" Azərbaycanlı müğənni Şəbnəm Tapdıq səhnə fəaliyyətindən danışıb.
“Onlar” verilişinə qonaq olan ifaçı bildirib ki, dünyamiqyaslı müğənnidir: “Özümü iki əlli döyürəm ki, necə səhvlərə yol vermişəm?! Bu gün istədiyim səviyyədə deyiləm, gərək yüksəkdə olardım. Məni niyə sıravi oxuyanlar kimi proqrama çağırıb yola verməlidirlər? Mən elə müğənni deyiləm. Sənətə adamla gələnlər, məni gözü götürməyənlər ayağımdan aşağı dartdılar. Mən bilmədim ki, bu sənətdə də adam lazımdır. Dünyamiqyaslı müğənniyəm. Bu sənətdə isə dostum da, düşmənim də yoxdur. Bir dəfə səhv edib ad davasına çıxdım. Səhv addım idi, o insanlar məni sevib adımı yaxınlarına qoyub”.
Reytinq: