"Sərsəng su anbarına qarşı təxribat təhlükəsi qalmaqdadır" - Əli Əhmədov24-11-2015, 13:30
Çap et “Sərsəng su anbarı ilə bağlı problem Azərbaycan cəmiyyətini daim düşündürən məsələlərdən biridir”.Bunu baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib. O bildirib ki, Azərbaycan ərazilərinə hücum etmiş və torpaqlarının 20 faizinə qədərini işğal etmiş erməni işğalçıları digər vasitələrlə də Azərbaycana problemlər yaratmağa çalışıblar: “Bu istiqamətdə Sərsəng su anbarı məsələsi bizi ciddi narahat edir. Su anbarına qarşı təxribat törədilməsi təhlükəsi qalmaqdadır. Beynəlxalq qurumlar, dünya ictimaiyyəti erməni təxribatın qarşısının alınması üçün tədbirlər görməlidirlər. Güman edirəm ki, bu istiqamətdə müzakirələr də yəqin ki, həqiqətin ortaya çıxmasına kömək edəcək”. Qeyd edək ki, noyabrın 23-də AŞPA Sosial Məsələlər Komitəsinin iclasında Sərsəng su anbarı yaxınlığında yaşayan Azərbaycan sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı qətnamə layihəsi qəbul olunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

“Sərsəng su anbarı ilə bağlı problem Azərbaycan cəmiyyətini daim düşündürən məsələlərdən biridir”.