Heqiqet.Az » medeniyyet » Rejissor Eldar Ryazanov dünyasını dəyişdi


Rejissor Eldar Ryazanov dünyasını dəyişdi

30-11-2015, 09:43
Çap et
Qohumları məşhur rejissorun ürək çatışmazlığından öldüyünü bildiriblər.
Rejissor Eldar Ryazanov dünyasını dəyişdi SSRİ-nin və Rusiya Federasiyasının məşhur rejissoru Eldar Ryazanov 89 yaşında Moskvada dünyasını dəyişib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, noyabrın 21-də xəstəxanaya yerləşdirilən rejissorun səhhəti sonradan kəskin pisləşib. Ryazanovun qohumları məşhur rejissorun ürək çatışmazlığından öldüyünü bildiriblər.
SSRİ-nin xalq artisti Eldar Ryazanov 1927-ci ildə Rusiyanın Samara şəhərində dünyaya gəlib. Rejissorluqla yanaşı ssenarist də olan Eldar Ryazanov əsasən; “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri”, “İşdə məhəbbət macərası”, “Karnaval gecələri”, “Qoca quldurlar” və s. filmlərlə şöhrət qazanıb.
Reytinq: