Uşaq Filarmonyası30-11-2015, 19:34
Çap et Azərbaycanda bütün dövrlərdə uşaqlara dövlət qayğısı yüksək olub. İstər sovet dövründə, istərsə də müstəqillik illərində. Bu sahədə görülən işlər həmişə ölkə içtimayyəti tərəfindən bəyənilib. Vaxtilə “Cücələrim “ ansamblının bir çox ölkələri fəth etməsi, hətta o vaxt Kremlin konsert salonuna qədər gedib çıxması yaşlı nəslin yəqin ki, hafizəsindən silinməyib. Ulu öndərimizin balaca məktəblilərə qayğısı tamam geniş bir mövzudur. Nə yaxşı ki, Prezdent İlham Əliyev də uşaqlara qayğı ilə yanaşır və qoyulan ənənələri uğurla davam etdirir. Əgər biz uşaqlardan danışırıqsa, sözsüz ki, bu gün ilk növbədə göz önünə Heydər Əliyev Fondu gəlir. Fond fəaliyyət göstərdiyi illər ərzində həmişə uşaqları xüsusi diqqətdə saxlayıb. Yeni, müasir məktəblər tikərək, istedadlı uşaqlara yollar açıb. Valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göstərərək əslində Azərbaycanın xoşbəxt gələcəyinə dəstək verib. Bütün bunları qısaca da olsa, əbəs yerə xatırlamadıq. Çünki söhbət açacağımız mövzu da məhz uşaqlarla bağlıdır. Yeri gəlmişkən, Mədəniyyət və Turizm Nazirliyinin də bu sahədə gördüyü işlər az deyil. Şəxsən nazir Əbülfəs Qarayevin uşaqlarla bağlı məsələlərə xüsusi önəm verdiyindən də xəbərdarıq. Təəssüf ki, əldə etdiyimiz məlumatlarda nazir müavini Ədalət Vəliyevin Dövlət Uşaq Filarmoniyasını himayə etdiyi bildirilir. Deyəcəksiniz burda qəribə nə var ki? Nazir müavini əgər filarmoniyanı himayə edirsə, deməli bunun özü də qayğıdır. Etirazımız yoxdur. Və bəri başdan deyək ki, heç sözü gedən kollektivin əldə etdiyi uğurlara da kölgə salmaq fikrindən uzağıq. Ondan da xəbərimiz var ki, hazırda Uşaq Filarmoniyasında rəqs kollektivi, xor kollektivi, simfonik uşaq orkestri, vokal qrupu, xalq çalğı alətləri ansamblı və başqa kollektivlər uğurla fəaliyyət göstərirlər. Onu da bilirik ki, bu kollektivlərə respublikamızın adlı-sanlı mədəniyyət və incəsənət xadimləri rəhbərlik edirlər. Belə bir söz var: “müvəffəqiyyətdən başgicələnmə”. Yəni, bizim aldığımız məlumata görə, Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva məhz bu “ugur tendensiyası”ndan istifadə edərək kollektivdə amiranə iş üslubu yaradıb. Deyilənlərə görə, direktor nazir müavini Ədalət Vəliyevin adından sui-istifadə edir və neqativ hallara yol verir. Artıq mediaya da belə faktlar sızıb və son vaxtlar Uşaq Filarmoniyasında baş verənlər barədə ölkə mediasında tənqidi yazılar artmaqdadır. Yeri gəlmişkən, Dilarə xanıma ölkə prezidentinin məmurlara ciddi xəbərdarlığını xatırlatmağı da özümüzə borc bilirik. Hər halda Milli Təhlükəsizlik Nazirliyi ilə Uşaq Filarmoniyasını müqayisə etmək gülünc olardı. Yəni, dövlət başçısının “güzəşt limiti”nin çoxdan tükənməsi kimsəyə sirr deyil... Biz kütləvi informasiya vasitələri haqqında qanuna riayət edərək faktları dəqiqləşdirmədən sayta çıxarmağı məqbul bilmədik. Ancaq filarmoniya rəhbərliyinə müraciətlərimiz də cavabsız qaldı. Araşdırmalarımız davam edir və qarşı tərəfi də dinləməyə hazırıq. Heqiqet.az Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
