Prezident İlham Əliyev Ukraynanın PA rəhbərini qəbul edib2-12-2015, 17:32
Çap et Azərbaycan Prezident İlham Əliyev Ukrayna prezidenti administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Ukrayna prezident administrasiyasının rəhbəri Boris Lojkin Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Ukrayna prezidenti Pyotr Poroşenkonun məktubunu dövlət başçısına çatdıran Boris Lojkin ölkələr arasında əlaqələrin fəal şəkildə inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Prezident İlham Əliyev Ukrayna prezidenti ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardığını, ölkələr arasında müzakirə ediləcək çoxlu birgə layihələrin mövcud olduğunu vurğulayıb. Dövlət başçısı Ukrayna prezidenti administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəyə səfərinin əməkdaşlığımızın perspektivlərinin müəyyənləşdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Azərbaycan Prezident İlham Əliyev Ukrayna prezidenti administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.