Heqiqet.Az » dunya » Türkiyə Rusiyanı bu ölkə ilə əvəz etdi


Türkiyə Rusiyanı bu ölkə ilə əvəz etdi

2-12-2015, 19:54
Çap et
Türkiyə Rusiyanı bu ölkə ilə əvəz etdi Türkiyə-Qətər arasında viza rejimi ləğv edilir.

Türkiyə Qətərdən qaz alacaq.
Türkiyənin BOTAŞ dövlət şirkəti ilə Qətər neft şirkəti arasında sıxılmış maye qaz alqı-satqısına dair memorandum imzalanıb.
Memorandum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qətərə səfəri çərçivəsində razılaşdırılıb.
Türk prezidenti Qətərə səfəri zamanı jurnalistlərin suallarını cavablandırıb. Ərdoğanın sözlərinə görə, iki ölkə arasında ümumilikdə 15 razılaşma əldə edilib. “Bu gün əldə etdiyimiz 16-cı hesab edilə biləcək razılaşma isə viza rejimin ləğvidir. Bundan sonra Qətər və Türkiyə arasında viza rejimi tətbiq olunmayacaq. Türk və Qətər vətəndaşları rahatlıqla ölkələrimizə gəlib-gedə biləcəklər”- deyə Ərdoğan iki ölkə arasında viza rejiminin ləğv olunmasını təsdiq edib. Ərdoğan bununla əlaqədar Qətərin Şeyxi Həməd bin Xəlifə Əl Sani öz təşəkkürünü bildirib.
BOTAŞ və "Qatar petroleum" arasında əldə olunan razılığı şərh edən Ərdoğan Qətərin neft şirkətlərinin artıq bir müddətdir ki, Türkiyədə maye qaz sektoruna investisiya yatırmaqla bağlı təşəbbüslərinin olduğunu deyib. "Hazırda Türkiyə məlum hadisələrlə əlaqəli qaz alışı məsələsini yenidən müzakirə edir. Biz də buna müsbət yanaşırıq. Yəqin ki, ya hökumətlər arası ya da fərqli bir şəkildə investisiya yatırılması ilə bağlı qərarlar qəbul ediləcək."
Bununla da Türkiyə özünü Rusiyanın növbəti gözlənilən addımlarından sığortalamış oldu. Hazırda Su-24 hadisələri ilə bağlı Türkiyə və Rusiya arasında münasibətlər gərginləşib. Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tutan sənədi imzalayıb. Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu Qətərə səfəri zamanı müşayiət edən jurnalistlərə açıqlamasında bildirib ki, Rusiyadan qaz idxalı dayansa belə Türkiyə batmayacaq.
“Mən artıq demişəm ki, Rusiyadan başqa biz digər ölkələrdən də qaz alırıq. Allahın köməkliyi ilə biz bütün problemlərin öhdəsindən gələcəyik”.
Başqa ölkələr - İran, Azərbaycan, İraq, Əlcəzair, Qətər, Nigeriya Türkiyənin qaza olan tələbatının yarısını belə ödəmirlər. Hazırda Türkiyəyə idxal olunan qazın ümümi həcminin 56 faizını Rusiya təmin edir.


Reytinq: