Türkiyədən Krımla bağlı sərt bəyanat19-05-2015, 13:17
Çap et “Krımın qeyri-qanuni ilhaqını tanımırıq və tanımayacağıq”.“Anadolu” agentliyinin verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Krım Tatarlarının sürgününün 71-ci il dönümü çərçivəsində Kiyevdə təşkil edilən anım mərasimində bəyan edib. Krım Tatarlarının 1989-ci ildən etibarən ana vətənlərinə dönməyə başladığını qeyd edən D.Çavuşoğlu, onların bu müddətdə göstərdikləri cəsarət və qətiyyətini bütün dünya xalqlarına nümunə olduğunu bildirib. Ukraynanın ərazi bütövlüyünün pozulduğunu, Krımın qeyri-qanuni şəkildə ilhaq edildiyini vurğulayan Çavuşoğlu deyib: "Krım Tatarları yeni çətinliklərlə qarşı-qarşıya qalıb. Krım Tatarlarının məqsədi insan qüruruna yaraşan bir şəkildə yaşamaq və millət kimi var olmaqdır. Kırımın qeyri-qanuni ilhaqını tanımırıq və tanımayacağıq. Krım tatarı soydaşlarımıza dəstəyimizi davam etdirəcəyik. Ukrayna ilə birlikdə haqlı mübarizədə yanlarında olmağa davam edəcəyik”. Heqiqet.az Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

“Krımın qeyri-qanuni ilhaqını tanımırıq və tanımayacağıq”.