Ölkəyə 12 600 ədəd pirotexniki vasitəni qaçaq yolla gətirən Balakən sakinləri saxlanılıb16-12-2015, 12:09
Çap et Bakı. Fərid Mirzəyev – APA. Dövlət Sərhəd Xidməti (DSX) külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısını alıb.DSX-dan verilən məlumata görə, dekabrın 12-də saat 01.00 radələrində Biləsuvar rayonu Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində əldə olunmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədindən qaçaq yolla Azərbaycana gətirilmiş 1500 qutu “MM” siqaretlərini gizlədilmiş yerdən götürərkən Masallı rayon Alvadı kənd sakini Rufullayev Dövlət Şamil oğlu saxlanılıb. Həmin gün saat 22.40 radələrində Balakən rayonu Mazımçay kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadlarının sayıqlığı sayəsində 12 600 ədəd pirotexniki vasitəni dövlət sərhədindən qaçaq yolla Azərbaycana gətirərkən Balakən rayon sakinləri Əliyev Ramazan Aydın oğlu, Doldolov Fəqan Nəriman oğlu və Nastakalov İlham İzzət oğlu saxlanılıb. Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:17
Beynəlxalq forumdaHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bakı. Fərid Mirzəyev – APA. Dövlət Sərhəd Xidməti (DSX) külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısını alıb.