Heqiqet.Az » idman » UEFA “İnter”ə xəbərdarlıq etdi


UEFA “İnter”ə xəbərdarlıq etdi

17-12-2015, 09:21
Çap et
UEFA “İnter”ə xəbərdarlıq etdi UEFA “İnter”ə xəbərdarlıq edib. saytının Ali futbol qurumu Premyer Liqa təmsilçisindən maddi vəziyyətini düzəltməsini və UEFA-nın maliyyə “fair-pley” qaydaları çərçivəsində hərəkət etməsini tələb edib.
Artıq klub rəhbərliyi qarşısında şərt qoyulub ki, 30 sentyabr 2015-ci ilə qədər olan bütün borcların 31 yanvar 2016-cı ilə qədər ödənməsi haqqında sənədlər quruma təqdim olunsun.
Əks halda ötən mövsüm ölkəmizi Avroliqada təmsil etmiş və iki mərhələ adlamağı bacarmış komanda 3 il müddətinə Avrokuboklardan məhrum edilə bilər. Artıq “bankirlər” 50 min avro məbləğində cərimə də olunublar.
Qeyd edək ki, anoloji xəbərdarlıq bir sıra klublara da edilib.
Reytinq: