Heqiqet.Az » sou » Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyulub (VİDEO)


Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyulub (VİDEO)

18-12-2015, 10:39
Çap et
Məhkəmənin qərarı ilə Kazımovanın şikayəti təmin edilməyib. Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyulub (VİDEO)
Xalq artisti Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyulub.
ANS TV-nin məlumatına görə, bu barədə müğənni Natəvan Həbibinin vəkili deyib. Vəkil bildirib ki, bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsində xalq artisti Aygün Kazımovanın apellyasiya şikayətinə baxılıb. Məhkəmənin qərarı ilə Kazımovanın şikayəti təmin edilməyib.
Xalq artisti yalnız məhkəmə qətnaməsini icra etdikdən sonra qadağa götürülə bilər.
Aygün Kazımova isə məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib.
Xatırladaq ki, Natəvan Həbibi Aygün Kazımovanı onun şərəf və ləyaqətininin təhqir olunması iddiası ilə məhkəməyə müraciət etmişdi.
Məhkəmənin qərarına görə, xalq artisti müğənniyə erməni milliyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı işlətdiyi təhqiramiz ifadələri təkzib edib ondan üzr istəməlidir.

Reytinq: