Heqiqet.Az » hadise » Xəsarət alanların siyahısı tutulub, yaxınlarına məlumat verilir – KLİNİKİ MƏRKƏZDƏN


Xəsarət alanların siyahısı tutulub, yaxınlarına məlumat verilir – KLİNİKİ MƏRKƏZDƏN

19-05-2015, 14:57
Çap et
Xəsarət alanların siyahısı tutulub, yaxınlarına məlumat verilir – KLİNİKİ MƏRKƏZDƏN Çoxmərtəbəli binada yanğın zamanı xəsarət alanların əksəriyyəti 5 saylı Klinik Xəstəxananın Yanıq şöbəsinə yerləşdirilib. Lent.az-ın verdiyi məlumata görə, biri FHN-nin yanğınsöndürəni olmaqla 17 nəfər isə Kliniki Tibbi Mərkəzdədir. Xəsarət alanlar arasında körpə uşaq da var. Mərkəzdən verilən məlumata görə, zərərçəkmişlərin vəziyyəti qənaətbəxş hesab etmək olar. “Bura əsasən binanın 13, 14, 15 və 16-cı mərtəbəsində yaşayan insanlar gətirilir. Bir nəfər isə hər iki dirsəyinin yanıq xəsarəti ilə mərkəzə qəbul edilib, yarası sarğı edildikdən sonra isə evinə yola salınıb” xəstəxanadan bildirilib.
Müxbirimizin verdiyi məlumata görə, xəstəxanada insan əlindən tərpənmək olmur. Yanğın barəsində eşidən hamı bura üz tutur. Xəsarət alanların siyahısı tutulub, yaxınlarına məlumat verilir.

Heqiqet.az
Reytinq: