Demo Sayt » maraqli » Artıq ev telefonlarından smartfonlara sms göndərə bilərsiniz


Artıq ev telefonlarından smartfonlara sms göndərə bilərsiniz

19-05-2015, 17:17
Çap et
Artıq ev telefonlarından smartfonlara sms göndərə bilərsiniz Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi “171”səsli mesaj xidmətinin tətbiqinə başlayıb.
Nazirliyin elektron xəbər xidməti məlumat verir ki, Birliyin informasiya texnologiyaları şöbəsinin rəisi Ədalət Abbasov bildirib ki, bu yeniliyin tətbiqi ilə ev telefonlarından mobil telefonlara və əksinə olaraq mobil operatorlardan da ev telefonlarına mesaj göndərmək mümkün olub.
Onun sözlərinə görə, bunun üçün abunəçi 171 qısa nömrəsinə zəng etməlidir.
“171-ə zəng etdikdən sonra abunəçilər operatorun “Siz zəngli mesaj xidmətinə xoş gəldiniz” salamlaması ilə qarşılaşır. Operatorun təlimatına əsasən, səsli mesaj göndərmək üçün 1, sizə ünvanlanan səsli mesajı dinləmək üçün 2 düyməsindən istifadə etmək lazımdır. Mesaj göndərmək üçün qayda belədir. 1 düyməsini seçdikdən sonra mesaj göndərəcəyiniz nömrə və dyez düyməsini yığın, siqnal səsindən sonra sözünüzü deyib və yenidən dyez düyməsini aktivləşdirirsiniz. Qarşı tərəf telefonda 171 nömrəsinin yığıb 2 düyməsini seçməklə mesajı dinləyir.
Yeni xidmətdən bütün mobil operatorlar, CDMA və stasionar telefon abunəçiləri istifadə edə bilər”-deyə, o qeyd edib.
Onun sözlərinə görə, xidmətin ən böyük özəlliklərindən biri mobil operatorlardan da zəng etməklə bu xidmətə qoşulmaqdır:
“Yəni mobil operatorlardan ev telefonlarına və ev telefonlarından mobil operatorlara zəng etməklə xidmətdən istifadə etmək olar. Eyni zamanda mobil nömrə abunəçiləri də 171 yığmaqla bu xidmətdən istifadə edə bilər.
Elektron sistem sayəsində göndərilən səsli mesajları sonradan dinləmək mümkündür. Abunəçi evdə olmadıqda sonradan telefonuna gələn mesajları ardıcıl dinləyərək onu kimin axtardığını öyrənə bilər”.
Qeyd edək ki, bir səsli mesajın qiyməti 5 qəpikdir.

Günel Abbasova
Reytinq: