Yanğında ölənlərdən 11-nin şəxsiyyəti müəyyənləşdi - ADLAR19-05-2015, 18:30
Çap et Ölənlərdən ikisi bacı-qardaşdır Binəqədi rayonunda baş vermiş yanğında ölən 16 nəfərdən daha 2 nəfərin şəxsiyyəti müəyyənləşib. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayevin verdiyi məlumata görə, onlar bacı-qardaş olublar. Bunlar Eyvazov Davud Hamir oğlu (16 yaş), Eyvazova Ülkər Hamir qızıdır (1995). *** Binəqədi rayonunda baş vermiş yanğında ölən 16 nəfərdən daha 5 nəfərin şəxsiyyəti müəyyənləşib. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayevin verdiyi məlumata görə, 5 nəfərdən 3-ü qadın, 2-si kişidir. Bunlar Məhərrəmova Fərəh Elnur qızı (3 yaş), Bağırov Sahib Rəhim oğlu (1969), Bağırova Firəngiz Rəhim qızı (1955 təvəllüd), Şirinova Zülfiyyə Yavər qızı (1972), Nəcəfzadə Yaşar Fazil oğludur (27 yaş). *** Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev ölənlərdən daha birinin şəxsiyyətinin müəyyən edildiyini bildirib. Bu, Hüseynov Ayxan Şahin oğludur (2 yaş). *** Binəqədi rayonunda baş vermiş yanğında ölən 16 nəfərdən üçünün şəxsiyyəti müəyyənləşib. Səhiyyə Nazirliyinin MəhkəmTibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Lent.az-a verilən məlumata görə, şəxsiyyəti müəyyən olunanlardan ikisi uşaq, biri isə qadındır. Bunlar Cavadov Ömər Vüqar oğlu (yaş yarım), Kərimova Nazilə Malik qızı (39 yaş) və Kərimova Ayan Anar qızıdır (5 yaş). Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Ölənlərdən ikisi bacı-qardaşdır