Heqiqet.Az » siyaset » "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qərar layihəsi Milli Məclisdə təqdim olundu


"ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qərar layihəsi Milli Məclisdə təqdim olundu

29-12-2015, 12:26
Çap et
"ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qərar layihəsi Milli Məclisdə təqdim olundu Milli Məclisin bu gün keçirilən plenar iclasında "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qərar layihəsi təqdim olunub.
Qərar layihəsi layihənin müəllifi olan deputat Rövşən Rzayev tərəfindən təqdim olunub.
R.Rzayev qərar layihəsinin Milli Məclisin müvafiq komitələrdə müzakirəyə çıxarılmasını da xahiş edib: “Bu mənim Azərbaycana qarşı ikili standartlara bir etirazımdır".
Milli Məclisin spikeri Oktay Əsədov qərar layihəsinin Milli Məclisin İnsan hüquqları komitəsində, Hüquq siyasəti və dövlət quruculuğu komitəsində və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə edilməsi barədə tapşırıq verib.
Reytinq: