Heqiqet.Az » maraqli » Yeni avtomobil: bir dəfə yanacaq doldurmaqla 100 il sürmək olar


Yeni avtomobil: bir dəfə yanacaq doldurmaqla 100 il sürmək olar

19-05-2015, 19:12
Çap et
Yeni avtomobil: bir dəfə yanacaq doldurmaqla 100 il sürmək olar Avtomobilə yanacaq doldurulması kifayət qədər pul və vaxt tələb edən prosedurdur.
Heqiqet.az avtolent.az-a istinadən xəbər verir ki, əgər avtomobili zəif radioaktiv element olan toriumla doldursaq, onda yanacaqdoldurma məntəqəsinə girməyə ümumiyyətlə ehtiyac olmayacaq.
Başqa sözlə, yanacaq qurtaranadək avtomobil istismar müddətini başa vuracaq. “Laser Power Systems” şirkəti bu texnologiya üzərində işləyir.
Konsepsiyaya görə, reaktordakı torium metalı lazer şüası yaratmaq üçün istifadə ediləcək. Şüa öz növbəsində suyu qızdıraraq buxara çevirəcək.
Buxarın enerjisi də turbini fırladaraq elektrik enerjisi hasil edəcək. Toriumun radioaktivliyi az olduğu üçün nüvə reaktorunu nazik alüminium folqa ilə örtmək kifayət edəcək. Reaktorun ölçüsü isə kondisioner boyda olacaq. Bir dəfə doldurulan reaktor avtomobilin 100 il hərəkət etməsi üçün kifayət edər.
Lakin şirkətin icraçı direktoru Çarlz Stivens layihənin yaxın 20 ildə avtomobil istehsalçıları arasında ciddi rəğbət qazanmayacağını düşünür.
Reytinq: