Heqiqet.Az » iqtisadiyyat » Dünya Bankı Azərbaycanla bağlı proqnozunu açıqladı


Dünya Bankı Azərbaycanla bağlı proqnozunu açıqladı

7-01-2016, 09:04
Çap et
 Dünya Bankı Azərbaycanla bağlı proqnozunu açıqladı Dünya Bankı Vaşinqtonda "Qlobal iqtisadi perspektivlər" məruzəsində dünya iqtisadiyyatı üçün növbəti proqnozlarını açıqlayıb.
Heqiqet.az TASS agentliyinə istinadən verdiyi məlumata görə, dünya iqtisadiyyatının 2016-cı ildə 2,9%, gələcəkdə isə 3,1% artacağı gözlənilir.
Bu, 2015-ci ilin iyun ayında müvafiq olaraq 0,4% və 0,1% azdır.
Bankın hesabatına görə 2016-2017-ci illərdə Avrozonada iqtisadi artım 2,7% və 2,4%, Böyük Britaniyada - 2,4% və 2,2%, ABŞ-da hər iki ildə 2,1% təşkil edəcək.
Dünya Bankının proqnozuna əsasən, Azərbaycanda 2016-cı ildə iqtisadi artım 0,8%, 2017-ci ildə isə 1,2 təşkil edəcək.
Reytinq: