Yanan binanın sakinlərinin hara köçürüldükləri dəqiqləşdi20-05-2015, 12:55
Çap et 40 ailə qohumlarının evlərində və kirayə evlərdə yerləşibAzərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə yanğın baş vermiş Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydiyyatda olan 49 ailəyə artıq kompensasiya verilib. Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsindən verilən məlumata görə, 40 ailə onlara verilən məbləğ hesabına qohumlarının evlərində, yaxud kirayə evlərdə yerləşib. Kompensasiya verilən 9 ailə pansionatda yerləşmək istəyib. Bu ailələrdən 7-si dünən Goradildə (Sərhədçilər pansionatı) və Buzovnada yerləşən pansionatlarda yerləşdirilib. 2 ailə isə bu gün pansionata köçürüləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

40 ailə qohumlarının evlərində və kirayə evlərdə yerləşib