Ronaldo: Arvadımdan çox onunla vaxt keçirmişəm20-05-2015, 13:05
Çap et “Karlosla çox yaxın dostuq. Bunu hamı bilir ki, o mənim üçün tanıdığım ən dəyərli insanlardan biridi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Braziliya yığmasının sabiq futbolçusu Ronaldo deyib.“Fenomen” ləqəbli əfsanəvi hücumçu açıqlamasında həmyerlisi Roberto Karlos haqda danışıb. Keçmiş müdafiəçi ilə arasındakı dostluqdan söhbət açan Ronaldo maraqlı fikir səsləndirib: “Karlosla həm Braziliya yığmasında, həm “Real”ın, həm də “Korintians”ın heyətində birgə çıxış etmişik. Həyat yoldaşlarımdan, bütün xanımlarımdan çox onunla vaxt keçirmişəm. Karlosla dostluğumuz möhkəmdi”. Qeyd edək ki, karyerası ərzində Avropanın “PSV Eyndhoven”, “Barselona”, “İnter”, “Real” və “Milan” klublarının formasını geyinmiş Ronaldo karyerasını 2011-ci ildə başa vurub. Heqiqet.az Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

“Karlosla çox yaxın dostuq. Bunu hamı bilir ki, o mənim üçün tanıdığım ən dəyərli insanlardan biridi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Braziliya yığmasının sabiq futbolçusu Ronaldo deyib.