Heqiqet.Az » iqtisadiyyat » Gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı endirildi


Gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı endirildi

27-01-2016, 12:46
Çap et
Gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı endirildi Dövlət Gömrük Komitəsi (DGK) gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqını endirib.
Komitədən verilən məlumata görə, Azərbaycan Prezidentinin sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması, sahibkarlara dəstək və onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi haqqında göstərişlərini nəzərə alaraq DGK tərəfindən 27 yanvar 2016-cı il tarixdən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edilməsi haqqında qərar qəbul edilib.
Bu səbəbdən gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı 50 AZN-ə (ƏDV daxil deyil) endirilib.
Reytinq: