Heqiqet.Az » iqtisadiyyat » Nazir: Azərbaycanda əhalinin gəlirləri üzrə statistikaya yenidən baxmaq lazımdır


Nazir: Azərbaycanda əhalinin gəlirləri üzrə statistikaya yenidən baxmaq lazımdır

27-01-2016, 12:49
Çap et
Nazir: Azərbaycanda əhalinin gəlirləri üzrə statistikaya yenidən baxmaq lazımdır Azərbaycanda əhalinin gəlirləri, müavinət alanlar, ünvanlı sosial yardım alanlar ilə bağlı statistikaya yenidən baxmaq lazımdır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkənin statistika sisteminin təkmilləşdirilməsi üzrə Aİ-nin tvininq layihəsinin reallaşdırılmasına həsr edilmiş tədbirdə deyib.
Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycan əhalisinin məcmu gəlirləri təqribən 37-40 milyard manat təşkil edib: "Lakin onun hansı hissəsinin kölgə iqtisadiyyatı (söhbət korrupsiya və ya qeyri-leqal fəaliyyət növlərindən deyil, qeydiyyatın aparılmadığı sahələrdən gedir. Məsələn, repetitorların, ev qulluqçularının və digərlərin fəaliyyəti) hesabına alındığı məlum deyil".
S.Müslümov qeyd edib ki, hazırda əhalinin gəlirlərinin necə formalaşdığını bilmək çox vacibdir, çünki bundan ölkədə yoxsulluğun səviyyəsi, sosial yardım və digər məsələlər asılıdır: "Hazırda Azərbaycanda yoxsulluğun səviyyəsinin statistikası təqribən 5,1 faiz ailəni əhatə edən ünvanlı sosial yardım alanlar barədə məlumatlar əsasında formalaşır".
Reytinq: