Heqiqet.Az » hadise » DİN: "Avropa" hotelində idmançıları bıçaqlayan şəxsin tutulması işləri aparılır


DİN: "Avropa" hotelində idmançıları bıçaqlayan şəxsin tutulması işləri aparılır

22-04-2015, 19:38
Çap et
DİN: "Avropa" hotelində idmançıları bıçaqlayan şəxsin tutulması işləri aparılır
Aprelin 21-də Nəsimi rayonu ərazisində yerləşən “Avropa” hotelinin idman zalında naməlum şəxs Bakı şəhər sakinləri Azər Məmmədova və Ruslan Əfəndiyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. DİN-in mətbuat xidmətindən bildiriblər ki, A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyevin xəstəxanaya yerləşdirilib.
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisənin Bakı şəhər sakini Sənan Quliyev tərəfindən törədilməsi müəyyən edilib.
Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Qeyd edək ki, bıçaqlananlar peşəkar idmançılar olub.
Reytinq: