Demo Sayt » dunya » Aktauda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə işçi qrupunun iclası keçirilir


Aktauda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə işçi qrupunun iclası keçirilir

29-01-2016, 17:17
Çap et
Aktauda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə işçi qrupunun iclası keçirilir Bu gün Aktauda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı üzrə işçi qrupunun iclası keçirilir. Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC məlumat verir.
Qazaxıstan Dəmir Yolunun təşkilatçılığı ilə keçirilən tədbirdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə yanaşı, Azərbaycan, Gürcüstan və Ukrayna dəmiryol qurumlarının, Bakı, Batumi və Aktau limanlarının, Çin, Ukrayna və Rumıniyanın logistika şirkətlərinin nümayəndələri iştirak edirlər.
İclasın gündəliyində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin 2015-ci ildə fəaliyyətinin yekunları və 2016-cı il üçün iş planı, TBNM-in təbliğatı məqsədilə Çində və Avropa ölkələrində təşkil olunmuş roud-şou adlı reklam kampaniyasının nəticələri, TBNM üzrə Beynəlxalq Konsorsiumun yaradılması və Koordinasiya Komitəsinə yeni üzvlərin qoşulması ilə bağlı məsələlər yer alıb.
Ukrayna Dəmir Yolunun, “Ukrferri” və “Translogist SRL” (Rumıniya) şirkətlərinin Koordinasiya Komitəsinə qoşulması Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun getdikcə artan nüfuzundan xəbər verir.
Reytinq: