Səfil-sərgərdan Tanrı - ŞEİRLƏR3-02-2016, 09:05
Çap et Səfil-sərgərdan Tanrı səfil-sərgərdan bir həyatım var abi səfil-sərgərdan bir Tanrım... həmişə yanlış bir şey kimi düşündüm kimsənin yanında olmaq – kiminsə yanımda olmağını abi... belə biri olduğumçün Tanrı məni bağışlasın belə sərsəm – belə ayrılıqla dolu... belə biri olduğuma baxma abi onlar belə məni bu halımla sevdi onlar – məni sevməyənlər kimsənin sevgisinə möhtac olduğumda belə kimsəyə boyun əymədim məni sevsin sevgilərin tək halını yaşayarkən sevgilərin cəm halını heç vaxt başa düşmədim... mən yalnız KİMİSƏ sevdim – kimsələri sevmədim mən yalnız KİMSƏnin məni sevməsini istədim... anan ya sevdiyin olsun bir qadının sevgisi daha Tanrıca sevgi bir kişinin sevməyi daha Tanrıca sevmək... tanrılara baxma abi onlar belə azalıb BİR oldular səfil-sərgərdan bir Tanrımız qaldı sonda hamıdan sevgi uman – hamını sevən Tanrı hamının sevgi umduğu kimsələrin sevmədiyi bir Tanrı... Tanrı belə yanılmışdı kimsələrdən sevgi umub KİMSƏdən ummamaqda kimsələri sevməkdə – KİMSƏni sevməməkdə... Tanrıya baxma abi mən insanam – səfil-sərgərdan insan... Bu Qədər Yalnız Olmağa... hər kəs burdadı bilirəm bütün dost-tanışlar burda bütün qohum-əqrəba mamam da burdadı hətta – əslində heç burda deyil mənsə bunu kimsəyə söyləmək gücü olmayan bir xəstəyəm bir azdan əməliyyatım başlayacaq və hər şey bitəcək bəlkə... hər kəs çıxıb gedəcək mən çıxıb gedəcəm deyə bir daha dönməyəcəyəm kirayə qaldığım evə səhərə qədər içməyəcəm yalnız olduğuma deyil yalnızlığımı düşünərək səhərə yaxın bir türlü can ağrısıyla yatmayacam və ağrılarla oyanıb acıların içində ehtiyacımdan dolayı işimə getməyəcəm... nahar vaxtı o qadın gəlib mənimlə nahar etməyəcək artıq və şənbə günü bir qadın gəlib susmayacaq daha hər şey danışacaq artıq və hər kəsin sözlərini bircə mən duymayacam nəyəm kiməm hardayam nədən olmuşdum kimdim niyə yoxam - bilməyəcəm... o qədər kədərliyəm ki kədərlənmək duyğumu da itirdiyim bu hala o qədər yoxluğa nifrət edirəm ki heç doğulmasaydım sanki deyirəm heç doğulmasaydım və mən bir qadını sevməsəydim bu qədər yalnız olmağa nə haqqım var bu qədər adam varkən dostlarım gəlməsəydilər mənim yalnızlığımı görüb üzülməyə... deyirəm ki kimsə gəlməsəydi mənim yox olmağı səmimi qəbul eyləyə bilmədiyim günə və guya nə olacaqdı hər kəsi sevdiyim dünya bir az daha Tanrı olmaq şansı tanısaydı mənə... Divar mən ölüm günlərimi sənin yoxluğunla yazdım o qədər divarlar çizib o qədər betonlar sökdüm hamısı birlikdə mənə bir ev ola bilərdi mən nəfəsim gələn qədər divarları aşıb keçdim evləri yıxıb keçdim nə qədər evsiz varsa hamısı mənim qardaşım oldu iki qardaşım var və bacılarımı sevib səni unuda bilmədim çılğın bir az daha çılğın ondan daha da çılğın nə qədər sakit adam – nə qədər susqun divar varsa girdim içinə – üzünə tüpürüb yazdım misraları ən zəhrimar sözlərimi ən şirin misraya salıb divar-divar aşa-aşa yalnızlığıma gəldim mən sənə gəldim əslində nə qədər yalnızlığım var nə qədər qadın varsa sənə görə risk elədim və sənə görə sevdim sənə görə tərk elədim... divar-divar divar divarlar gördüm öləcək dedilər mənsə divar kimi dayandım sinəmi ölümün sonsuz meydanına çevirdim orda nə qədər dost nə qədər qadın öldü orda mən nə qədər öldüm söyləmədən bilərsən və bilərsən mən nə qədər səni sevib ölmüşdüm içmişdim ansızın gəlib bu dünyaya içmişdim içə-içə sevmiş səni sevə-sevə içmişdim sevmişdim içərək səni ölə-ölə sevmişdim ama ölməyib divara çevrilmişdim... Qan Orqazmı nə qanlar tökmüş içimizə - xəbəri olan varmı nə qədər adamı unutmuşuq adına sevgi deyib elə gecələr olub ki qanımızı içəcək adam gəzmişik qanımızı içəcək və bizi rahatladacaq biri kim dözə bilərdi ki qanımızı içməyə və bizi rahatlatmağa qatilimiz olmadan və mən indi anlayıram ki, hər qanımızı içən bizi öldürmür bizi bir az daha yaşatmağa çalışır bəlkə kürəyimdən içdiyin qanları sənə halal edirəm qadın halal edirəm məni bütün pisliklərdən çəkib bütün yaşamağa dair qoruduğun nələr varsa və içidiyim hər içkinin bir də sən içmisən ki qanımdan mənim nə qədər acılar çəkdiyimi daha ölməmişdən duyub daha yaşarkən məni anlayan son adam olub son dəfə canımdakı zəhərlə tanış olasan... indi o qədər rahatam bir siqara alışdırmaq və dünyanın kürəyimdən qopub ayrıldığını görmək və ən dəhşətlisi ağrıya sənin ağzınla dözmək sənin ağzınla hiss etmək acı – donan qanımı və artıq nə varsa məndən çox rahatca çıxıb getmək və sənin dodaqlarına şahid olması ki sənin dodaqlarında duyub daha çox rahatlaşmaq daha çox hiss eləmək ki daha gözəl yaşamağın bir sirri də qan verməkdi – qanından qan verməkdi qanından qan verməkdi ki bütün zəhərli nə varsa rahatlamaq ölüb dirilmək yenidən – qan orqazmına çatmaq... və qanını əmən dişlərə sonsuz sayğıyla yanaşmaq gecə bütün qadınları atıb qanını içən qadına sahiblənmək və durub baxmaq ki bütün acı qanların gedib yenidən doğulmuş kimi qanında qandan qaçırsan və sənə verilən zəhər qanında dolaşarkən daha çox can atmaq zəhər qanını əmdirməyə və dodaqlar qanında əl gəzdirərkən şeir yazmaq kürəyin təslim olarkən o vəhşi dodaqlara və sən təslim olarkən səni sevən qadına və sorarkən səndən ən acı zəhəri sən sadəcə dönüb onu öpüb qucaqlamaq istər qanını içən birinə təşəkkürlər edirsən və bu ağrılar canına yeridikcə heç yerə getməzsən ama ağrının ən eşiyinə gedirsən... Zamana Oxunmuş Hökmlərin Arxa Üzünə Yazılmış Avtoqraf biz yaxşı şairlər idik ama yaxşı dost deyildik hamımız – heç birimiz istəmədən birər pisliyə batmışdıq biz – yaxşı şair olmadan ölkə yaxşı bir ölkə ya da ölkəmiz – yaxşı olmadan biz yaxşı şair deyildik gözəl dostlarımız vardı gözəl sevdiyimiz qadın gözəl olan hər şeyi pis yerlərdə sevirdik hamımız bir şər-xəta hamımız bir az acılı bir az zavallı idik ölkə başdan-başa bizi pis olmağa səsləyir biz ölkəmizi başdan-başa gözəl istəyirdik adamların üzündən zəhəri yığışdırmağa gülüşümüz yetmirdi pulumuz yetmirdi evsiz bir insana ev olaq sevgisiz bir insanı sevməyə vaxtımız yoxdu gücümüz yoxdu haqqı tapdalanan birinə çiyin qılaq və qalaq-qalaq şeirlər imkansız ruhlarımızı ölkəmizə həbs edib azad edilmiş hər yerdən ayırırdı və sərhədlər yanına gəldiyində səni bir daha geriyə buraxmayacaq qədər sərtləşirdi ki getsən bir də irəli – dönə bilməzsən geri... heç kəsin heç bir kəsin sevgisində haqqı yoxdu bilirdik bilirdik çıxıb getmək uzaqlaşmaq – dünyayla bərabər olmaq haqqımızdı ama haqqımız deyildi haqqımız olan hər şey biz nə silah yaradırdıq insanları öldürək nə ssenari qurudur oyun oynayaq xalqla hiyləylə heç bir kəsin cibinə girmək üçün nə vaxtımız vardı nə də həvəsimiz vardı belə insan ruhuna uzaq olan şeylərə ama hər kəs – şair olmayan hər kəs elə rahat yaşayırdı bu narahat ölkədə bütün dünyaya rahat gedib-gələ bilirdi onlara yollar açıq, onlara pullar saçıqdı biz – bir yığın şairsə sadəcə tək-tək düşüb düşmən olaraq qalırdıq və hər günümüzü keçmiş zamana bağlamaqla gələcəkdə dünyanın daha gözəl olacağını düşünür daha çox pis olurduq gözəl olmayan sabahlar və bizi öz içimizdə o qədər atmışdı dindar allahlar şeytan düşmənimiz olmuş – heç bir yanımız qalmamış olmamış kimi olmuşduq – olmamış... Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
