Böyük Britaniyanın yeni seçilmiş parlament üzvlərinə azərbaycanlı qaçqın və məcburi köçkünlərdən ismarıc21-05-2015, 18:14
Çap et Bakının Pirşağa qəsəbəsindəki qaçqın və məcburi köçkünlərin məskunlaşdığı keçmiş “Qızılqum” sanatoriyasında anadan olmuş 10 yaşlı Nəzrin Xanlarovanın fotosunu əks etdirən təbrik açıqcalarında deyilir: “Mən 1 milyon qaçqın və məcburi köçkün olan azərbaycanlı həmvətənlərim adından Sizi millət vəkili seçilməyiniz münasibətilə təbrik edir və Sizə parlamentdə xoş anlar (Many Happy Returns) arzulayıram”. Məlumat üçün bildirək ki, “Many Happy Returns” kampaniyası Avropa Azərbaycan Cəmiyyətinin nəzərəçarpan layihələrindən biridir. Davamlı şəkildə fəaliyyət göstərən bu yeni internet layihəsinin konsepsiyasına uyğun olaraq, Böyük Britaniya parlamentinin hər bir üzvünə ad günü münasibətilə təbrik açıqcası göndərilir. Açıqcalar insanların öz doğma yurd-yuvalarına qayıtmaq istəyini bildirən “Many Happy Returns” adlı adi ingilis təbrikləridir. Hər bir açıqcada tanınmış alman fotoqraf Filip Ratmer tərəfindən üç düşərgədə çəkilmiş məcburi köçkünün fotoşəkli yerləşdirilib. Açıqca sahibləri MHR-in veb-saytında münaqişənin tarixi haqqında informasiyanı qrafik hekayə şəklində əldə edə və öz dəstəyini bildirə bilərlər. Həmçinin, onlar erməni təcavüzü barədə müxtəlif ictimai xadimlərin də fikrini öyrənə bilərlər. “Many Happy Returns” kampaniyası haqqında daha ətraflı məlumat və kampaniyaya dəstək vermək üçün: www.manyhappyreturnsidp.com Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
