22 yaşlı oğlanı yaşlı qonşusu bıçaqladı8-02-2016, 10:03
Çap et Balakən Mərkəzi Rayon Xəstəxanasından (RMX) verilən məlumata görə, fevralın 7-də saat 20:40 radələrində rayonun Şambul kənd sakini, 1994-cü il təvəllüdlü Nurlan Adil oğlu Rəhimov qarının sol yan nahiyəsinin kəsilmiş-cırılmış xəsarəti ilə xəstəxanaya daxil olub. N.Rəhimovun üzərində cərrahiyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağırdır. Məlumatda bildirilir ki, N.Rəhimov adı və soyadı bilinməyən yaşlı qonşusu tərəfindən bıçaqlanıb. N.Rəhimovu xəstəxanaya elə onu bıçaqlayan şəxs gətirib. Daha sonra hadisəni törədən şəxs Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şöbəyə aparılıb. Balakən RPŞ-nin növbətçi hissəsindən APA-ya verilən məlumatda N.Rəhimovun bıçaqlanması faktı təsdiqlənib, hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
