Azərbaycanda Multikulturalizm Qış Məktəbi fəaliyyətə başlayıb8-02-2016, 12:12
Çap et Məktəbin açılış mərasimində çıxış edən Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev 2016-cı ilin Azəbaycanda multukulturalizm ili elan edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Azəbaycanda bütün xalqların, bütün dinlərə mənsub insanların eyni hüquqa malik olduğunu deyən A.Hacıyev ölkəmizdə tolerant mühitin olduğunu da söyləyib. Rektor bildirib ki, Prezident İlham Əliyevin "Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycan Multikulturalizmi yaşayır və yaşayacaq" sitatını özünə deviz tutan qış məktəbi ötən ilin yayında keçirilən Multikulturalizm Mərkəzinin yay məktəbinin müsbət nəticələrinə və nailiyyətlərinə əsaslanaraq keçirilib. Qış məktəbinin təşkilində əsas məqsəd Azərbaycana marağı sevgiyə çevirmək və bu sevgini ömür boyu ürəklərdə yaşatmaqdır. 2015-ci ilin yaz və payız semestrlərində "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatıldığı qış məktəbi fevralın 15-dək Bakıda, Qubada, Xaçmazda və Qusarda işini davam etdirəcək. Bakı Multikulturalizm Mərkəzinin qış məktəbinə Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Litva, Almaniyanın ali məktəblərindən 43 nəfər, Azərabaycan universitetlərindən 12 nəfər olmaqla, ümumilikdə 55 tələbə, eləcə də yerli və xarici mütəxəssislər qatılıb. Bakı Beynəlxalq Multukulturalizm Mərkəzinin Drezden filialının direktoru Birgit Vaysberqer bu vəzifəyə yeni təyin edildiyini və ona verilmiş bu məsuliyyıtin öhdəsindən uğurla gələ biləcəyinə ümid etdiyini deyib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
