Neft sürətlə ucuzlaşmağa başladı11-02-2016, 12:04
Çap et Dünya bazarında neftin ucuzlaşması prosesi davam edir. Birjaların səhər seanslarında "Brent" markalı neftin bir bareli 30,72 dollardan satılıb. Qərbi Texas nefti də nəzərəçarpacaq dərəcədə ucuzlaşıb. WTI markalı neftin bir bareli 27.07 dollardan satılır ki, bu da dünənki qiymətdən 1,5 dollar ucuzdur. Bundan başqa "Brent" nefti ilə WTI neftinin qiymətləri arasında fərq də çoxalıb. Hazırda bu fərq təxminən 3,7 dollardır. Bu, 2016-cı ildə iki marka arasında qeydə alınan ən böyük fərqdir. ABŞ-ın yanacaq ehtiyatlarının azalması xəbəri belə neftin bahalaşmasına təsir göstərə bilməyib. Ekspertlərin fikrincə, Federal Ehtiyat Sisteminin rəhbəri Canet Yellenin bu gün Konqresdəki çıxışı dolların dünya birjalarında mövqelərinə təsir edəcək ki, neftin növbəti dövr üçün qiyməti həm də bu amildən asılı olacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Dünya bazarında neftin ucuzlaşması prosesi davam edir.