Heqiqet.Az » iqtisadiyyat » Qarabağdakı Britaniya şirkətlərinin SİYAHISI bu ölkənin hökümətinə verilib


Qarabağdakı Britaniya şirkətlərinin SİYAHISI bu ölkənin hökümətinə verilib

12-02-2016, 16:36
Çap et
Qarabağdakı Britaniya şirkətlərinin SİYAHISI bu ölkənin hökümətinə verilib Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Londonda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ticarət və İnvestisiyalar üzrə dövlət naziri Fransis Modla görüşüb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüş zamanı Ş. Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb. O, Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən Böyük Britaniya şirkətlərinin siyahısını F. Moda təqdim edərək, bunun yolverilməz olduğunu, Böyük Britaniya hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu qeyd edib.
Bundan başqa, görüşdə Azərbaycan və Böyük Britaniya arasında mövcud iqtisadi əlaqələr, əməkdaşlığın genişləndirilməsi perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
F. Mod Hökumətlərarası Komissiyanın iclası və ikitərəfli görüşlər çərçivəsində aparılan müzakirələrin ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edib, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib
Reytinq: