Kann kinofestivalının qalibləri bəlli oldu25-05-2015, 11:26
Çap et Kulisin gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu ilki festivalın Qran Prisi macar rejissoru Laslo Nemeş debüt filmi “Sın Saula” ya görə verilib. “Ən yaxşı rejissor” nominasiyasında Xou Syaosan “Qatil” filminə görə mükafatlandırılıb. Münsiflər heyətinin xüsusi mükafatı yunan rejissoru Yorqos Lantimosa “Lobster” filminə görə verilib. “Ən yaxşı kişi rolu” nominasiyasında Vensan Lendon “Bazar qanunu” filminə görə mükafatlandırılıb. Runi Mara və Emmanuel Berko “Ən yaxşı qadın rolu” nominasiyasında mükafatı bölüşüblər ( “Kerol” və “Mənim kralım” filminə görə). “Ən yaxşı ssenari” amerikalı Mişel Frankonun “Salnaməçi” filminin (Baş rolda Tim Rot) ssenarisi hesab olunub. Ceyn Birkin fəxri “Qızıl palma budağı”nı klassik fransız kinosunun və “Sol sahil” rejissorlar qrupunun nümayndəsi Anyes Vardaya təqdim edib. Heqiqet.az Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
