Avropa Liqası: "Valensiya"dan darmadağın, "Qalatasaray" qalib gələ bilmədi19-02-2016, 10:28
Çap et UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib. Bu mərhələ çərçivəsində ilk oyun iki gün öncə İstanbulda baş tutub.“Fənərbaxça” Moskva “Lokomotiv”ini əliboş yola salıb – 2:0. Bu gün isə digər matçlar keçirilib. Saat 22:00-da start veriləcək oyunlardan Dortmund “Borussiya”sı “Porto”nu əliboş yola salıb. “Qarabağ”la eyni qrupda mübarizə aparmış və lider kimi mərhələ keçmiş “Tottenhem”i isə İtaliyada “Fiorentina”ilə bərabərliyə razılaşıb. “Midtyulland” “Mançester Yunayted"i məğlub etməsi isə gecənin sürpriz nəticəsi olub. “Vilyareal" da öz növbəsində “Napoli”ni əliboş salıb. Gecə yarısından sonra start verilən qarşılaşmaların arasında isə azərbaycanlı azarkeşlər üçün ən çox maraqla gözlənilən matç “Qalatasaray” – “Latsio” oyunu 1:1 hesablı heç-heçə ilə bitib. İlk yarıda vurulan iki qol matçın taleyini həll edib. Cavab qarşılaşması öncəsi romalılar nisbi üstünlüyə malikdilər. Avropa Liqası 1/16 final, ilk oyunlar 18 fevral “Auqsburq” (Almaniya) – “Liverpul” (İngiltərə) - 0:0 “Qalatasaray” (Türkiyə) – “Latsio” (İtaliya) - 1:1 Qollar: Sabri, 12 - Milinkoviç - Saviç, 21 “Marsel” (Fransa) – “Atletik” (İspaniya) - 0:1 Qol: Aduriz, 54 “Şaxtyor” (Ukrayna) – “Şalke” (Almaniya) - 0:0 “Syon” (İsveçrə) – “Braqa” (Portuqaliya) - 1:2 Qollar: Konate, 53 - Stoyilkoviç, 13, Silva, 65 “Sparta” (Çexiya) – “Krasnodar” (Rusiya) - 1:0 Qol: Julius, 64 “Sportinq” (Portuqaliya) – “Bayer” (Almaniya) - 0:1 Qol: Bellarbi, 26 “Valensiya” (İspaniya) – “Rapid” (Avstriya) - 6:0 Qollar: Mina, 4, 25, Parexo, 10, Neqredo, 29, Qomes, 35, Rodriqo, 89 “Anderlext” (Belçika) – “Olimpiakos” (Yunanıstan) - 1:0 Qol: Mboci, 68 “Borussiya” (Dortmund, Almaniya) – “Porto” (Portuqaliya) - 2:0 Qollar: Pisşek, 6, Roys, 71 “Fiorentina” (İtaliya) – “Tottenhem” (İngiltərə) - 1:1 Qollar: Bernardeşi, 59 - Şadli, 37 (pen.) “Midtyulland” (Danimarka) – “Mançester Yunayted” (İngiltərə) - 2:1 Qol: Sisto, 44, Onuaçu, 77 - Depay, 37 “Sevilya” (İspaniya) – “Mölde” (Norveç) - 3:0 Qollar: Llorente, 35, 49, Qameyro, 72 “Sent-Etyen” (Fransa) – “Bazel” (İsveçrə) - 3:2 Qollar: Sall, 9, Mone-Pake, 39, Bahebek, 77 - Samuel, 44, Yanko, 56 “Vilyareal” (İspaniya) – “Napoli” (İtaliya) - 1:0 Qol: Suarez, 82 Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib. Bu mərhələ çərçivəsində ilk oyun iki gün öncə İstanbulda baş tutub.