Test imtahanları ləğv oluna bilər? - NAZİR DANIŞDI22-02-2016, 07:38
Çap et Nazir günlərdir müzakirə olunan test sisteminin ləğv olunması məsələsinə aydınlıq gətirib. O bildirib ki, bu gün test imtahanının forması əmək bazarında tələb olunan biliyi ölçmür və yaxud ölçmək qabiliyyətinə malik deyil: "Test imtahanları zamanı şagirdlərin nitq, ritorika, yazı vərdişləri arxa planda qalır. Düzdür, test vasitəsilə imtahanların qısa olması üstünlükdür, ancaq digər tərəfdən çatışmazlıqları var. Faktiki olaraq məzunun gələcək taleyi 3 saatlıq bir imtahanda həll olunur və o imtahan ildə bir dəfə keçirilir. Dünyada başqa qiymətləndirmə sistemləri də mövcuddur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri ilə çox maraqlı müzakirələrimiz gedir. İnanmıram ki, növbəti 2-3 ildə imtahanların forma və mahiyyətində hər hansı bir dəyişiklik olsun. Ancaq ondan sonra imtahanların formasında müəyyən dəyişikliklər ediləcək. Yeni tədris məzmunu ilə oxuyan şagirdlər 3 il sonra məktəbi bitirirlər və onların bilikləri testlə ölçülə bilməz". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
