Heqiqet.Az » sehiyye » Nikaha girmək istəyən 55 nəfərdə QİÇS tapılıb


Nikaha girmək istəyən 55 nəfərdə QİÇS tapılıb

24-02-2016, 14:24
Çap et
Nikaha girmək istəyən 55 nəfərdə QİÇS tapılıb “Azərbaycanda nikaha daxil olmaq istəyən 5780 nəfərdə talassemiya, 55 nəfərdə QİCS, 267 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb”.
Bunu B .Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. O bildirib ki, ötən il iyun ayının 1-dən bu ilin fevral ayınadək nikaha daxil olmaq istəyən 94400 nəfərdən qan nümunələri götürülüb. Z. Əlimirzəyeva qeyd edib ki, 45 cütlükdə talassemiya daşıyıcılığı aşkarlanıb: “Onlardan 3-ü evlənməkdən imtina edib, 6 evlənmiş cütlükdə isə hamiləlik müşahidə edilib. Onlardan 2-də bətn daxili diaqnostika məqsədilə punktat götürülüb və müayinəyə göndərilib”.
Reytinq: